“Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsindən əvvəl Brüsseldə Türkiyə və İsveç arasında yüksək səviyyəli görüş keçiriləcək”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, iclasda xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və milli təhlükəsizlik müşavirləri iştirak edəcək.
Qeyd edək ki, İsveç NATO üzvü olmaq üçün Türkiyədən təsdiq gözləyir.