Bazar ertəsi Pakistanda güclü yağışlar, ildırım çaxması və evlərin uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Məlumata görə, Pəncab əyalətinin şimal-şərqində son 24 saat ərzində ildırım vurması nəticəsində azı 11 sakin ölüb, 6 nəfər isə yaralanıb.
Naroval, Sialkot və Şeyxpur rayonlarının kənd yerlərində sakinlər tarlalarda işləyərkən ölüm halları qeydə alınıb.
İslamabadda güclü yağışlar zamanı evin uçması nəticəsində bir qadın və iki uşaq həlak olub.
Transformator yarımstansiyalarına ildırım düşməsi nəticəsində əhalinin əksəriyyətinin işıqsız qaldığı Lahor şəhərinin bir çox ərazisini su basıb. Qərbi Bəlucistan əyalətində leysan yağışları daşqınlara səbəb olub, yollar suyun altında qalıb, nəqliyyatın fəaliyyəti dayandırılıb.
Şimal-qərbdəki Heybər-Paxtunxva və cənubdakı Sind əyalətində yağışlar səbəbindən daxili reyslər təxirə salınıb.
Sinoptiklərin məlumatına görə, Pakistanda güclü yağışlar iyunun 30-dək davam edəcək.
Mənbə: TASS