Xocəsən qəsəbəsinin əsas giriş-çıxışı bağlanıb.
APA xəbər verir ki, ötən gün saat 23:00-dan etibarən həm Xocəsən dairəsindən, həm də “Meyvəli” bazarının yanından Xocəsən qəsəbəsinə giriş-çıxış dayandırılıb.
Belə ki, AAYDA-nın əməkdaşları sözügedən yolun nişanlanması işlərini aparır.
AAYDA-dan verilən məlumata görə, səhər saat 06:00-dan etibarən yol sürücülərin ixtiyarına veriləcək.
Qeyd edək ki, alternativ yol olaraq qəsəbə sakinləri Sulutəpə qəsəbəsinin ərazisindən Xocəsənə daxil olurlar.