XƏBƏRLENTİ

xeberlenti.com

Bağdadda Quranın yandırılmasına etiraz olaraq İsveç səfirliyinə hücum edilib – VİDEO

Stokholmda Quranın yandırılmasına etiraz edən bir qrup iraqlı cümə axşamı İsveçin Bağdaddakı səfirliyinin ərazisinə hücum ediblər

Məlumata görə, cümə axşamı İsveç diplomatik missiyasının binası yaxınlığında yüzdən çox etirazçı toplaşıb. Bir qrup etirazçı Bağdadın mərkəzi hissəsində yerləşən İsveç səfirliyinin darvazasını sındıraraq onun ərazisinə daxil ola bilib. Diplomatik missiyaya dəyə biləcək zərər barədə məlumat yoxdur.

Bildirilir ki, səfirliyin ərazisinə daxil olan şəxslər qısa müddət sonra oranı tərk ediblər. Nümyaişçilər Quranın təhqir olunmasına etiraz olaraq İsveç səfirinin İraqdan çıxarılmasını tələb ediblər.

Xatırladaq ki, Stokholmdakı məlum aksiya polisin icazəsi ilə iyunun 28-də baş tutub. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb.

About Author