XƏBƏRLENTİ

xeberlenti.com

Fransa səfirindən ölkəsində azərbaycanlı jurnalistlərin hücuma məruz qalmasına REAKSİYA – FOTO/VİDEO

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarına edilən hücuma görə təəssüfləndiyini bildirib.

Bu barədə səfir rəsmi “Twitter” hesabındakı paylaşımında qeyd edib.

“Fransada “AzTV” komandasına edilən hücuma görə çox təəssüflənirəm. Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaqlar”, – səfir yazıb.

About Author