Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.
Türkiyənin xüsusi təyinatlı polis qüvvələrinin də iştirak etdikləri əməliyyat nəticəsində PKK-nın Suriya qolu YPG-nin üzvü olan 9 terrorçu saxlanılıb.
Onların yaşadıqları evlərdə terror təşkilatına aid çoxlu sayda rəqəmsal material və müxtəlif ölçülü 72 güllə ələ keçirilib. Araşdırmalar davam edir.