XƏBƏRLENTİ

xeberlenti.com

Moldova hava limanında zabitləri güllələyən şəxs öldü – FOTO

Ötən həftə Kişineu hava limanında iki nəfəri öldürməkdə ittiham olunan Rüstəm Aşurov xəstəxanada keçinib.

Bu barədə Moldova polisi məlumat yayıb.

43 yaşlı Tacikistan vətəndaşı saxlanılan zaman yaralanmış və xəstəxanaya aparılmışdı.

Xatırladaq ki, iyunun 30-da günorta saatlarında Moldova ərazisinə buraxılmayan əcnəbi vətəndaş atəş açıb. Nəticədə sərhəd polisinin zabiti və hava limanının təhlükəsizlik müfəttişi aldıqları xəsarətlərdən ölüblər, daha bir nəfər yaralanıb.

Prokurorluq bir neçə nəfərin ölümü ilə nəticələnmiş terror aktı maddəsi ilə cinayət işi açıb, sonradan bu cinayət işi ağırlaşdırıcı hallarla adam öldürmə kimi tövsif edilib. Hücum edən şəxsi ömürlük həbs cəzası gözləyirdi.

Onu da qeyd edək ki, Moldovanın “Pulsmedia” nəşri Aşurovun “Vaqner” Özəl Hərbi Şirkətinin döyüşçüsü olduğu iddiası ilə çıxış etmişdi.

About Author