“Kim deyir ki, ölkəmizdə zəlzələ olmayacaq? Azərbaycan zəlzələ zonasıdır və təbii ki, ola bilər”.
Xeberlenti.com-un məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yaxın dövr üçün zəlzələ olacağı proqnozunu vermək mümkün deyil:
“Dünən gecə baş verən zəlzələdən sonra 5-6 afterşok olub. Bunların ən böyüyü 2,7 bal gücündə olub. Qırılma xətti boyunca 3 bal gücündə zəlzələ ola bilər. Lakin bu, əhəmiyyətsizdir”.
O qeyd edib ki, əhali rahat istirahət edə bilər:
“Heç bir qorxulu hadisə yoxdur”.