Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərində silah anbarını məhv edib.
Xeberlenti.com xəbər verir ki, “Donetchanyn” teleqram kanalının yayımladığı videoda şəhərdəki yarımçıq tikilmiş binalar kompleksinin həyətində çoxlu sayda iri kalibrli mərmilər görünür.
Ukrayna tərəfi gecə saatlarında güclü zərbə ilə həmin silah anbarını darmadağın edir və nəticədə böyük partlayış meydana gəlir. Nəticədə ətrafdakı binalara da böyük ziyan dəydiyi qeyd olunur.
Qeyd edək ki, bundan öncə Ukrayna Silahlı Qüvvələri Makeyevkada Rusiyaya aid silah anbarının partladıldığına dair məlumat yaymışdı. Sözügedən video həmin məlumatı təsdiqləyir