XƏBƏRLENTİ

xeberlenti.com

Daha iki məmur işdən çıxarıldı – Məsuliyyətə cəlb edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbəsinin müfəttişləri cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Laçın Hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Ramil Həsənov vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri maddəsi ilə təqsirləndiriliblər.

Onlar barəsində məhkəmə qərarı ilə vəzifələrindən kənarlaşdırma şərtilə polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Xaçmaz rayonunun hərbi komissarı rüşvət alma ittihamı ilə həbs edilib.

About Author