Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində “Baykar” müdafiə sənayesi şirkəti tərəfindən təşkil edilmiş “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Buraxılış mərasimi “Baykar” şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, kursun müəllim və rəhbər heyəti ilə bərabər Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları da iştirak ediblər.
Mərasimdə kursu müvəffəqiyyətlə bitirən məzunlar çıxış ediblər və keyfiyyətli tədris, göstərilən diqqət və qayğıya görə bir daha kursun müəllim və rəhbər heyətinə minnətdarlığını bildirdilər.
Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən türkiyəli və azərbaycanlı məzunlara sertifikatlar təqdim edilib.