Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinə yeni prorektor təyin edilib. Bu vəzifəyə Aidə Cəlilzadə gətirilib. O, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.
Qeyd edək ki, Aidə Məhəmməd qızı Cəlilzadə 24 may 1987-ci ildə Babək rayon Babək qəsəbəsində anadan olub. 1993-2004-cü illərdə Babək qəsəbə orta məktəbini bitirərək 2004-2005-ci illərdə Gələcək Liderlər Mübadiləsi (FLEX) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında təhsil alıb.
Təhsil müddətini uğurla başa vurduğu və dövlət imtahanından uğurla keçdiyi üçün ABŞ dövlətinin rəsmi diplomunu almağa haqq qazanmış, sertifikatlar və medalla təltif olunub.
2004-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin “İngilis dili” ixtisası üzrə bakalavr təhsili alıb və bu təhsil pilləsini qırmızı diplomla bitirib
2006-cı ildə Ali məktəb tələbələrinin XI Respublika fənn olimpiadasında ingilis dili üzrə I yerə layiq görülərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif olunub.
2006-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.2009-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr təhsili almış və əla qiymətlərlə məzun olub.
2009-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində tütor vəzifəsində çalışıb, 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin “İngilis dili və tərcümə” kafedrasının müllimi kimi fəaliyyət göstərir. 2014-cü ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır. 6 elmi və publisistik məqalənin müəllifidir.Bir sıra regional və respublika səviyyəli konfransların, beynəlxalq layihə və təlimlərin, beynəlxalq ixtisasartırma və onlayn kursların iştirakçısı olmuş və nailiyyətlərinə görə sertifikatlara layiq görülüb.
O, 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı seçilib.
Həmçinin Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Azərbaycan nümayəndə heyətinin üzvüdür. (metbuat.az)
Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi. O, bu vəzifədən 2022-ci ilin dekabrında göndərilmişdi.
***
Naxçıvan Dövlət Universitetinə yeni prorektor təyin edilib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə Aidə Cəlilzadə təyinat alıb.
Qeyd edək ki, bundan öncə Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbov olub.