Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edilib.
Bu barədə onun keçmiş vəkili Şalva Xaçapuridze məlumat yayıb.
O bildirib ki, Saakaşvilinin yanına hazırda yalnız anasını buraxırlar. Onun sözlərinə görə, Saakaşvilinin yanına hətta onun partiyasının üzvlərini, deputatları belə buraxmırlar