XƏBƏRLENTİ

xeberlenti.com

“Ukrayna NATO-ya üzv olmağa layiqdir” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə danışıqlardan sonra Ukraynanın NATO-ya üzv olmağa layiq olduğunu bildirib.

Bu barədə Anadolu agentliyi xəbər yayıb.

Qeyd edək ki, Ərdoğan cümə günü İstanbuldakı Vəhdettin malikanəsində Zelenski ilə təkbətək danışıb, görüş 2,5 saatdan çox davam edib.

Türkiyə lideri vurğulayıb ki, ölkəsi lap əvvəldən Ukrayna ilə həmrəylik nümayiş etdirib və ona müxtəlif sahələrdə yardım edib. Onun fikrincə, Türkiyə müharibənin beynəlxalq hüquq əsasında danışıqlar yolu ilə başa çatdırılması üçün ən intensiv səy göstərən ölkə olub.

Onun fikrincə, münaqişə tərəfləri arasında sülhün əldə olunmasında uduzan tərəf olmayacaq.

“Bizim səmimi istəyimiz hər iki tərəfin aralarındakı fikir ayrılıqlarına baxmayaraq, sülhə qayıtmasıdır”, – deyə Ərdoğan qeyd edib.

About Author