XƏBƏRLENTİ

xeberlenti.com

“Disleksiya Nədir?” adlı kitabın təqdimatı olub

Bu gün Xaçmaz Regional Mədəniyyət İdarəsində Ziba Qasım qızı Məmmədovanın “Disleksiya nədir?” adlı kitabının təqdimatı keçirilmişdir.Kitab böyük marağa səbəb olmuşdur.

Bu günlərdə şagirdlər üçün nəzərdə tutulmuş “Disleksiya nədir?” adlı yeni vəsait işıq üzü görüb.  Kitabda disleksiyanın əlamətlərinin  ətraflı təhlili verilib. Bu əlamətlər oxumada sürətin çox yavaş olması, yazı yazarkən hərflərin unudulması, oxuduğu sözün əvəzinə başqa sözü demək, b-d,p-a hərflərinin qarışdırılması, rənglərin qarışdırılması, sadə motor hərəkətlərində, həmçinin,sağ və sol yönlərinin öyrənilməsində çətinlik yaşanması və başqa hallarla səciyyələnir. Bu əlamətlər uşağın zəka səviyyəsi, sosial çevrəsi və öyrənmə istəyinin normallığından asılı olmayaraq yarana bilər. Eyni zamanda heç bir fiziki,psixoloji pozuntusu olmayan şəxslərdə də  normal, yetərli dərəcədə təhsil almasına baxmyaraq bu hallar ortaya çıxa bilər.

Kitabda disleksiyalı uşaqların təlimi üçün  görmə və eşitmə yaddaşı, hafizə və diqqət tapşırıqları yer almışdır.

Nəşrin müəllifi  Fatmayı kənd tam orta məktəbinin müəllimi Ziba Məmmədovadır. O, Ankarada Albatros “Özgül Öğrenme Güclüğü Derneğinde” EROT (erken okuyazarlık), OYAB (oxuma, yazma, anlama bataryası) və Disleksi Eğitimi derslerini və Disleksi Öğretmen Eğitimi stajını keçməklə onları  tətbiq etmə hüququnu qazanıb. Z. Məmmədova həmçinin  Azərbaycanda Təranə Möhsünovadan Disleksiya təlimi və Metodlar təlimi alıb. Hazırda  BDA (Britsh Dyslexia Association) Disleksiya konsultasiya təlimi və Disleksiyası olan Uşaqların Evdə Təhsili üçün  (A Guide to Homeschooling Kids with Dyslexia) zoom üzərindən təlim alır.

 

About Author