Ermənistan İctimai Televiziyasının efirində “artsax” sözünün istifadəsindən imtina edilib.
Xeberlenti.com xəbər verir ki, bunu Qarabağdakı qondarma separatçı rejimin “ombudsmanı” Qeqam Stepanyan bildirib.
Ermənistan hökumətinə etiraz edən Stepanyan deyib ki, İctimai Televiziyanın efirində “artsax” əvəzinə “dağlıq Qarabağ” adı işlədilir. Hansı ki, son zamanlara qədər “artsax” deyilirdi: “İctimai Televiziya xeyli vaxtdır “respublika” ifadəsindən də istifadə etmir. İndi isə təəccüblü şəkildə “artsax” adından da imtina edib”.
Qondarma “ombudsman” əlavə edib ki, Ermənistan İctimai Televiziyasından fərqli olaraq, bəzi tanınmış xarici KİV-lər hələ də “artsax” adından istifadə edirlər və buna misal olaraq, “Sputnik Armenia”-nı göstərib.
Yeri gəlmişkən, bu fakt “Sputnik”-in artıq çoxdan qapadılmalı olan Azərbaycan bölməsi barədə nəhayət ki, tədbir görülməsi üçün əsas ola bilər.