XƏBƏRLENTİ

xeberlenti.com

Sülhəddin Əkbər: “5 min imza toplaya bilmədik, partiyamız tarixə qovuşur”

Azad Demokratlar Partiyası “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə cavab vermədiyindən qeydiyyatla bağlı sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməyib.
Bu barədə Xeberlenti.com  Qaynarinfo-ya istinadən xəbər verir ki, partiyanın sədri Sülhəddin Əkbər məlumat verib. O bildirib ki, yeni qanunun tələbi olan 5 min üzvün imzasını toplaya bilməyib.
“Yeni qanuna etiraz əlaməti olaraq imza toplamağın əlehinə idim. Siyasi Şuranın qərarı fərqli olduğundan gözləməli oldum. 1500 üzvümüz var. İndi artıq məlum olur ki, qısa zamanda və mövcud şəraitdə bu sayı 5 minə çatdırmaq çətindir. Məlum oldu ki, mən haqlıyam. Biz üzvlərimizin sayını 5 minə çatdıra bilmədik. Qanuna uyğun olaraq hökumət hansı qərarı versə, mən də ona hörmət edəcəm”, deyə Sülhəddin Əkbər vurğulayıb.
O, bundan sonra da siyasi fəaliyyətlə məşğul olacağını deyib.

About Author