Ukrayna artıq ABŞ-dan kasetli sursatlar alıb.
Bunu Ukrayna ordusunun generalı Oleksandr Tarnavski deyib.
Onun sözlərinə görə, bu silahlar cəbhədəki vəziyyəti kökündən dəyişə bilər.
O.Tarnavski kasetli sursatlardan hələ istifadə olunmadığını söyləyib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Ukrayna ordusu bu il iyunun əvvəlində əks-hücum əməliyyatlarına başlayıb.