Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx diplomatik qrafiki yeni həftədə də davam edəcək.
Dövlət başçısı ərəb körfəzi ölkələrinə səfərə çıxacaq.
Ərdoğan bazar ertəsi səfərinə Səudiyyə Ərəbistanından başlayacaq. Ciddədə o, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək.
Türkiyə Prezidenti çərşənbə axşamı Səudiyyə Ərəbistanından Qətərə gedəcək. O, Dohada Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşəcək.
Körfəz turunda son dayanacaq Birləşmiş Ərəb Əmirlikləri olacaq. Ərdoğan çərşənbə günü Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin başçısı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.
Üç günlük Körfəz turundan sonra Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. O, tikintisi başa çatan və Kipr Sülh Əməliyyatının ildönümündə istifadəyə veriləcək yeni Ercan Hava Limanının açılışına qatılacaq.