XƏBƏRLENTİ

xeberlenti.com

“İRƏVAN” FUTBOL KLUBUNUN RƏHBƏRLİYİ, İDMANÇILAR VƏ MEDİA NÜMAYƏNDƏLƏRİ FƏXRİ XİYABANA GƏLƏRƏK ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİBLƏR

14 İYUL 1969-CU İL – MÜSTƏQİL VƏ QÜDRƏTLİ AZƏRBAYCAN DÖVLƏTİNİN TƏMƏLİNİN QOYULDUĞU GÜNDÜR.
“Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.”
Bu sözləri  İrəvan fk-nun mətbuat katibi Mübariz Süleymanlı soyləyib. O bildirib ki, “İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələri bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
“Ziyarətçilər Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi.
Daha sonra klubun prezidenti Zahid Niyazəliyev, idarə heyətinin sədri və klubun 1-ci vitse-prezidenti Zülfüqar Kazımov başda olmaqla idarə heyətinin üzvləri Canbaxış Hüseynov, Alı Alıyev, Həsən Həsənov, Oktay Camalov,Namiq Ramazanov, idman direktoru Vüqar Nuruşov, baş menecer Elbrus Orucəliyev, baş məşqçi Elbrus Məmmədov və onun köməkçiləri – Adil Məmmədov və Vidadi Hüseynov,, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının baş redaktoru Akif Cabbarlı, “MissiyaTv”-nin əməkdaşı, telejurnalist Leyla Səməndər, Futbol + qəzetinin müxbiri İlkin Sultanlı, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın da daxil olduğu “İRƏVAN” Futbol Klubunun rəhbərliyi, idmançılar və media nümayəndələrindən ibarət ziyarətçilər qrupu Şəhidlər xiyabanını ziyarət edib. Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.”Mübariz Süleymanlı vurğulayıb.

About Author