Türkiyə istehsalı “Bayraktar” TB2 zərbə PUA-ları Kosova Silahlı Qüvvələrinin arsenalına daxil olub.
Xeberlenti.com xəbər verir ki, bu barədə Kosovanun Baş naziri Albin Kurti bildirib.
“Ordumuzun arsenalını hökumət olaraq Türkiyədən aldığımız “Bayraktar” TB2 pilotsuz uçuş aparatları ilə təmin etdik. İki illik hökumət dövründə ordunun sayını 80 %-dən çox artırdıq, ordunun büdcəsini isə 100 %-dən çox”, – siyasətçi feysbukda yazıb.
Onun sözlərinə görə, Kosova “daha da təhlükəsiz” olub.