Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı kasset bombalarından istifadə edə biləcəyinə işarə edib.
Bu barədə dövlət başçısı müsahibədə bildirib.
“Əgər onlar bizə qarşı istifadə edilərsə, biz güzgüvari hərəkət hüququmuzu özümüzdə saxlayacağıq”, – o qeyd edib.
O vurğulayıb ki, Rusiyada kasset mərmilərin “kifayət qədər ehtiyatı” var.
“Birləşmiş Ştatlar özü əvvəllər kasetli sursatlardan istifadəni cinayət adlandırıb və buna belə yanaşmaq lazımdır”, – Putin əlavə edib.