XƏBƏRLENTİ

xeberlenti.com

Krım körpüsündə partlayış SBU və Ukrayna HDQ tərəfindən törədilib (VİDEO)

Qeyri-qanuni Krım körpüsündə gecə baş verən insident Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi xüsusi əməliyyatın nəticəsidir. 
Bu barədə RBC-Ukraynaya Təhlükəsizlik Xidmətindəki mənbələr məlumat verib.
“Körpüyə yerüstü dronların köməyi ilə hücum edilib. Körpüyə çatmaq çətin olub, amma sonda bunu etmək mümkün olub”, – RBC-Ukraynanın adını açıqlamayan həmsöhbəti bildirib.

Nəşr onu da xatırladır ki, əvvəllər SBU rəhbəri Vasili Malyuk Rusiyanın Kerç boğazı üzərindən icazəsiz tikintisini Ukrayna üçün qanuni hərbi hədəf adlandırıb və qələbədən sonra Ukraynanın körpü ilə bağlı xüsusi əməliyyatları barədə məlumat verəcəyini vəd edib.

Qeyd edək ki, ötən gecə ruslar tərəfindən qanunsuz tikilmiş Krım körpüsündə yeni partlayış baş verib. Krım qualyayteri Sergey Aksyonovun sözlərinə görə, Krasnodar diyarından 145-ci dayaq sahəsində “fövqəladə insident” baş verib.
Daha sonra şəbəkədə yayılan foto və videolar körpünün avtomobil hissəsinin ən azı bir qovşağının suya düşdüyünü sübut edir.
İşğal olunmuş Ukrayna ərazisində dincəlmək qərarına gələn iki Belqorod vilayəti sakininin öldüyü deyilir.
Ukraynanın “Cənub” könüllü ordusunun spikeri Sergey Bratçuk telemarafonun efirində rusların Ukrayna ərazisindən buraxdığı “Şahed”in Krım körpüsünə düşə biləcəyini bildirib.
https://www.youtube.com/watch?v=wLaryZyB6Qc

About Author