irləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, dünya getdikcə daha intensiv isti hava dalğaları ilə üzləşməyə hazır olmalıdır.
Xeberlenti.com AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının ekstremal istilər üzrə baş müşaviri Con Nairn Cenevrədə jurnalistlərə bildirib.
“Bu hadisələr intensivliyi artmağa davam edəcək və dünya daha güclü isti hava dalğalarına hazırlaşmalıdır”, – deyə o qeyd edib.