“Hərb elminə əsaslansaq, yaxın zamanda azı daha iki körpünü vurmalıyıq”. Xeberlenti.com xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert Roman Svitan Ukraynanın Krım körpüsünə son zərbəsini şərh edərkən bildirib.
Ekspert hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin növbəti hədəfləri Krımı Ukraynanın cənub bölgəsilə əlaqələndirən Çonqar körpüsü və Rusiyanın Rostov vilayətindəki Taqanroq körpüsü olmalıdır.
Svitan deyib ki, Taqanroq körpüsü xüsusilə vacibdir. Çünki Rusiyanın Ukraynaya daşıdığı hərbi texnika, silah-sursat və canlı qüvvənin 2/3-si məhz bu körpü üzərindən daşınır. Eləcə də o, qeyd edib ki, Krım körpüsünə zərbələr davam etdirilməlidir. Çünki Ukraynanın cənubuna çatdırılan hərbi texnikanın 30 faizi bu körpü vasitəsilə daşınır. Bunun da 20 faizi dəmir yolu, 10 faizi isə avtomobil yolu ilə həyata keçirilirdi. Ona görə də Krım körpüsündəki dəmir yolu xətti də sıradan çıxarılmalıdır.