“2023-cü ilin birinci yarımili ərzində erkən nikah faktı ilə bağlı 20 fakt üzrə monitorinq – ailə səfərləri təşkil edilib”.
Xeberlenti.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk altı aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, 17 erkən nikahın qarşısı alınıb:
“Təəssüf ki, görülən bu qədər maarifləndirici tədbirlərə baxmayaraq, belə faktlar hələ də müşahidə edilməkdədir”.