Ermənistan parlamenti ölkənin Roma Statutuna qoşulmasının nəticələrini öyrənməli və Rusiya ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir.
Bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Yuri Vorobyov deyib.
“Anladığımız kimi, bu o deməkdir ki, Ermənistan baxdığı bütün işlərlə bağlı Haaqa Tribunalının yurisdiksiyasını tanıyır. Güman edirik ki, erməni həmkarlarımızın bu addımı antirusiya kontekstinə malik deyil. Lakin buna baxmayaraq, praktikada Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. İrəvanı Roma Statutuna qoşulmağın nəticələrini bir daha diqqətlə nəzərdən keçirməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq”, – o bildirib.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi 24 mart 2023-cü il tarixli qərarında Roma Statutunun ölkə konstitusiyasına zidd olmadığını bildirib.