Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketinin bir hissəsi olan Malloy PUA-larının işini nümayiş etdirib.
Xeberlenti.com xəbər verir ki, Britaniya Ordusu tərəfindən idarə olunan Malloy dronları kimi pilotsuz uçuş sistemləri avadanlıqları, silahları və hətta itkiləri cəbhə xəttindən daşıya bilir.
Qeyd edək ki, “Malloy Aeronautics” şirkətinin istehsalı olan pilotsuz təyyarələr bir müddətdir Ukrayna ordusunun ehtiyacları üçün verilirdi. İyunun əvvəlində Rusiya mediası hətta Kursk vilayətinin ərazisində vurulduğu iddia edilən belə bir pilotsuz təyyarənin qalıqlarının fotolarını da yayıb.