Cəlilabad rayon sakini dənizdə boğularaq ölüb.
Məlumata görə, hadisə ötən gün Bilgəh çimərliyində baş verib.
Belə ki, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Dəyanət Muradlı dənizdə boğularaq dünyasını dəyişib.
Qeyd edək ki, tələbə Cəlilabadın Adınalı kəndindəndir.