XƏBƏRLENTİ

xeberlenti.com

SON DƏQİQƏ! Qubad İbadoğlu məhkəməyə gətirildi

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsində həbs qətimkan tədbirinin seçiləməsi üçün məhkəməyə gətirilib.

Xeberlenti.com xəbər verir ki, həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən Nərimanov rayon Məhkəməsinə təqdimat verilib.

Bu saatlarda təqdimat üzrə məhkəmənin keçiriıcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində ifadə verib.

Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və o, saxlanılıb.

Qubad İbadoğlunun barəsində Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

About Author