XƏBƏRLENTİ

xeberlenti.com

Ukraynanın müdafiə naziri: “Krım körpüsünə zərbələr endirməkdə davam edəcəyik”

“Ukrayna Krıma və Krım körpüsünə zərbələr endirməkdə davam edəcək”.

Xeberlenti.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksey Reznikov bildirib.

Onun sözlərinə görə, bu zərbələr işğalçı qüvvələrin döyüş qabiliyyətini azaldacaq və ukraynalı əsgərlərin həyatını xilas etməyə kömək edəcək.

O.Reznikov vurğulayıb ki, düşmənin daha çox döyüş sursatı, yanacaq, ərzaq məhsulları və başqa imkanlarını əlindən almaq üçün maddi-texniki xətlərini məhv etmək normal bir taktikadır: “Ona görə də biz onlara qarşı bu taktikadan istifadə edəcəyik”.

Qeyd edək ki, Ukrayna dəfələrlə Krıma pilotsuz uçuş aparatları ilə zərbə endirib.

About Author