XƏBƏRLENTİ

xeberlenti.com

Bu gün Laçın sərhəd postunda TƏXRİBAT GÖZLƏNİLİR

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayaraq Ermənistanın Laçın sərhəd-keçid məntəqəsində təxribat törətmək məqsədi haqda xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir:

“Əldə edilmiş məlumata əsasən Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır.

Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq.

Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir”.

Xankəndidəki separatçı rejimin başçısı Arayik Arutyunyan bu gün yayıdığı açıqlamada Ermənistanın təxribata hazırlaşdığını təsdiqləyib. O, bildirib ki, Ermənistan Qarabağda yaşayan ermənilərə “böyük miqdarda humanitar yardım göndərməkdə qərarlıdırr. Ya Azərbaycan həmin humanitar yardım üçün Laçın yolunu açacaq, ya da təbii fəlakət bölgəsinə humanitar yüklərin daxil olmasına növbəti qadağa ilə siyasətini təsdiq edəcək”.
Arayik həmçinin, Azərbaycana qarşı “hadisələrin gedişatına uyğun olaraq Azərbaycan qarşı bütün mümkün ssenariləri və addımları” nəzərdən keçirdiklərini də əlavə edib.

About Author