Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi İŞİD-in iki üzvünü həbs edib.
Bu barədə Gürcüstan DTX məlumat yayıb.
Bildirilir ki, DTX-nin Terrorla Mübarizə Mərkəzi Gürcüstanın iki rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib. Nəticədə terror cinayəti ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində iki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində terror təşkilatının rəmzləri olan bayraqlar və müxtəlif növ elektron daşıyıcılar aşkarlanıb. Eyni zamanda, saxlanılan şəxslərin yaşayış yerlərindən döyüş sursatı, partlayıcı qurğular və partlayıcı götürülüb.