İstanbulda terror aktının qarşısı alınıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, Başakşehir ərazisində terror aktına hazırlaşan PKK terror təşkilatının üzvləri Fatimə Əl Musa və Velat Jamo İstanbul Polisi tərəfindən saxlanılıb.
Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa İttifaqı 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.