Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Ə.Sadıqov Şəmkir Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsinə təyin edilib.
Bundan başqa, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Ariz Cəfərov Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Ədalət Sadıqov bir müddət əvvəl idarə etdiyi KİA markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuşdu.
Hadisə zamanı xəsarət alan S.Sadıqov xəstəxanaya aparılarkən yolda ölmüşdü.