İrəvandan göndərilən və ötən gün axşam saatlarında sərhədimizə çatan 19 yük maşını “Laçın” postunun önündə gözləməyə davam edir.
bu barədə Teleqram kanallarında məlumat yayılıb.
400 ton (Ermənistan Baş naziri Nikol Paşinyan 360 ton olduğunu bildirir) “humanitar yardım” olduğu bildirilən yük Azərbaycanla razılaşdırılmadan və Bakının razılığı alınmadan, nümayişkaranə şəkildə Xankəndiyə göndərilib.
Azərbaycan isə Qarabağın bir hissəsində məskunlaşan ermənilərin ehtiyac duyduqları bütün zəruri ərzaq və digər məhsulları Ağdamdan tədarük edə biləcəklərini və bunun Brüsseldə razılaşdırıldığını bildirərək, bunu şou, spekulyasiya, manipulyasiya və dünya ictimaiyyətini aldatmağa yönələn oyun adlandırıb.
Prezidentin köməkçisi Hikmət Hacıyev isə sərt xəbərdarlıq edərək, “Oyun bitdi!” mesajını verib.