Bu vaxta qədər 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr 109,9 milyon manat təşkil edib, o cümlədən cari il üzrə 2,6 milyon manat olub.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin l yarımilliyində görülmüş işlərə, yeniliklərə və qarşıdakı hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu vaxta qədər 17 234 nəfər birdəfəlik ödəniş üzrə proaktiv təyinat alıb:
“Onlardan 441 nəfər Naxçıvandan olanlar, 1109 şəxs isə məhkəmə qətnaməsi yoxlanılanlardır. Bu il üzrə isə 362 nəfərə bu istiqamətində birdəfəlik ödəniş təyin edilib”.