XƏBƏRLENTİ

xeberlenti.com

Aşura günü könüllü qanvermə aksiyası

Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə iyulun 28-də könüllü qanvermə aksiyası təşkil edib. Qanvermə aksiyası Məhərrəm ayının 10-u – Aşura ilə əlaqədar keçirilib.

Xeberlenti.com Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının Bakı şəhəri və müxtəlif regionlarda yerləşən bölmələri tərəfindən keçirilir. Qanvermə aksiyaları paytaxtın 8 məscid və ziyarətgahında baş tutur. Eyni zamanda, aksiya respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Bərdə və Qubada keçirilir.

Qeyd edilib ki, qanvermə aksiyasında 18-65 yaşarası, çəkisi minimum 50 kiloqram olan fiziki sağlam şəxslər qan verə bilərlər. Qanverən şəxslər ilk olaraq həkim müayinəsindən keçirlər. Onların təzyiqi yoxlanılır, bədən hərarəti ölçülür və bundan sonra vətəndaşın qan verib-verə bilməyəcəyi müəyyənləşdirilir.

Qanvermə aksiyasında iştirak etmək istəyənlər aşağıdakı ünvanlara müraciət edə bilərlər.

Bakı şəhəri üzrə:

Mirmövsüm Ağa Ziyarətgahı – Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 1;

Əjdərbəy məscidi – Nəsimi rayonu, S.Vurğun küçəsi, 78;

“Sahib-əz-Zaman” məscidi – Nizami rayonu, R.Rüstəmov küçəsi, 25/24;

Bibiheybət məscid ziyarətgahı – Səbail rayonu, Bibiheybət yolu, 2;

Qaraçuxur məscidi – Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 58;

Təzə Pir məscidi – Yasamal rayonu, M.F.Axundzadə küçəsi, 7;

Hacı Soltanəli məscidi – Yasamal rayonu, S.Əsgərova küçəsi, 75;

İmam Əli məscidi – Binəqədi rayonu, 6-cı mkr., M.Məmmədxan küç., 3215 məh.

Mərkəzi Qan Bankının regional bölmələri üzrə:

Lənkəran şəhəri – Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Nizami küçəsi, 67;

Mingəçevir şəhəri – Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası C korpusu, 20 Yanvar küçəsi;

Sumqayıt şəhəri – M.Hüseynzadə prospekti, Təcili Tibbi Yardım Xəstəxanası, 1-ci korpus, 1-ci mərtəbə;

Şəki şəhəri – M.Ə.Rəsulzadə küçəsi, 164;

Şirvan şəhəri – Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Heydər Əliyev prospekti, 16;

Bərdə şəhəri – N.Nərimanov küçəsi, 2;

Quba şəhəri – Tibb Kollecinin inzibati binası, Fətəli xan küçəsi, 10.

About Author