XƏBƏRLENTİ

xeberlenti.com

Bu gün “Ümumdünya Hepatit “günüdür

Bu gün 28 iyul “Ümumdünya Hepatit “günüdür.

Hazırda dünyada 400 milyona yaxın insan hepatit xəstəliyinə yoluxub.Hər il dünyada 1,4 milyon insan hepatitdən dünyasını dəyişir.Bu günün məhz 28 iyul tarixində qeyd olunması Hepatit B virusunu kəşf edən ona qarşı qoruyucu vaksin yaradan Nobel mükafatına layiq görülən Baruch Blumbergin anadan olduğu tarixlə bağlıdır.

Hepatit qaraciyərin iltihabıdır.Hepatit A,B,C virusu ilə yoluxma hepatitin ən çox yayılmış növləridir.Hepatit A öz-özünə sağalsa da, hepatit B və C müalicə olunmazsa xroniki iltihab, siroz,qaraciyər xərçəngi, hətta qaraciyər çatışmazlığına gətirib çıxara bilər.Aparılan tədqiqatlar göstərir ki, dünyada 300 milyon insan xəbərsiz olaraq hepatit virusu ilə yaşayır.

Hepatit A virusu daşıyan nəcislə, çirklənmiş su və qida maddələrinin ağızdan alınması ilə yoluxma baş verir.Bu, viruslar əllərdə saatlarla qala bildikləri üçün yoluxmada əllərin rolu olduqca böyükdür.

 

Çinarə Hüseynova

About Author