Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub
Xeberlenti.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Məlum olub ki, Azay Qaraşov atasını qətlə yetirdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.
Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilib. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini söyləyib.