XƏBƏRLENTİ

xeberlenti.com

İcra başçısının qardaşı qətlə yetirilib? – Oğlu saxlanıldı

Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub

Xeberlenti.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Məlum olub ki, Azay Qaraşov atasını qətlə yetirdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilib. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini söyləyib.

About Author