XƏBƏRLENTİ

xeberlenti.com

Quru Qoşunları komandanı: “Baxmut ərazisində hücum davam edir, irəliləməyə çalışırıq”

“Ukrayna Silahlı Qüvvələri Baxmut ərazisində hücumu davam etdirərək şəhərin şimal və cənub istiqamətində irəliləməyə çalışır”.

Bunu Ukrayna Quru Qoşunları komandanı general-polkovnik Oleksandr Sırski iyulun 28-də keçirdiyi brifinqdə bildirib.

O, cəbhədə yaranmış vəziyyəti “çox gərgin” adlandırıb: “Düşmən hər santimetr uğrunda mübarizə aparır. Artilleriya və minaatanlardan intensiv atəş açır. Biz tədricən hücuma keçir, torpaqlarımızı işğaldan azad edirik”, – O.Sırski vurğulayıb.

Komandan qeyd edib ki, belə çətin şəraitdə cəbhədəki əsgərləri ehtiyatla idarə etmək və əks batareya atəşi ilə onları dəstəkləmək vacibdir: “Düşmən Kleşeyevka, Kurdyumovka və Andreevka bölgələrində qoşunlarını dəstəkləmək üçün böyük miqdarda artilleriya cəmləşdirib. Onların məhv edilməsi qoşunlarımızın əsas vəzifələrindəndir”.

Ukrayna Baş Qərargahının məlumatına görə, Ukrayna qüvvələri Kleşeyevkanın qərbində və cənubunda Rusiyanın əks hücumunu dəf edib.

About Author