XƏBƏRLENTİ

xeberlenti.com

Yevlaxda damsız qalan binaların aqibəti necə olacaq?!

İyun ayının 15-də Yevlax rayonunda güclü külək nəticəsində bəzi yaşayış binalarına dəyən zərər hələ də aradan qaldırılmayıb.

(Yevlax ş. Qanboy Quliyev küç. 7A)

Yağış yağarkən 4 binanın uçan damından sakinlərin mənzillərinə su dolur. Əraziyə baxış keçirən aidiyyatı qurumlar isə verdikləri vədə əməl etmək istəmir.  Yeri gəlmişkən,  Yavlax  rayonu  İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun əməkdaşları Taleh Rəşidov və Amil Musayev adlı İcra Hakimiyyətinin əməkdaşları bildirdilər ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə  məlumat verilib.  Amil Musayev əlavə edib ki, Nazirlər Kabineti isə öz növbəsində  bu barədə  Fövqaladə Hallar Nazirliyinə (FHN) müraciət göndərib. Qurum əməkdaşı qeyd edib ki,  avqust ayının sonunda  problemin həlli məsələsinə baxılacaq.

Sakinlərin payına bir az da səbr etmək düşür. İntizarda qalan sakinlər hələ bir müddət intizarda qalmalı olacaqlar.

Güman edirik ki, 3 dövlət qurumu çox yaxın zamanda sakinlərin bu problemini müsbət həll edəcək.

Hüseyn Mahmudov

 

 

About Author