İranda həbsdə olan Azərbaycan vətəndaşı ölkəmizə təhvil verilib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd edilib ki, İranda həbsdə olan Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova azad edilərək Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.
Məlumata əsasən, Validə Yusifova iki il əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə “casusluq ittihamı” ilə həbs edilib.