Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda yerləşən metal emalı sexində güclü partlayış baş verib.
Partlayışdan dərhal sonra çəkilən görüntülərdə insident nəticəsində yanıq xəsarəti almış şəxslərin görüntüsü əks olunub.
İlkin məlumata görə partlayış nəticəsində iki nəfər xəsarət alıb, iki avtomobil isə yararsız hala düşüb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.