Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 44–ə çatıb.
“Associated Press“ xəbər agentliyinin məlumatında qeyd olunub ki, hadisə nəticəsində 200 nəfərə yaxın şəxs yaralanıb.
Xatırladaq ki, dünən Pakistanın şimal–qərbindəki Xayber–Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində yerli vaxtla saat 16:00 radələrində kamikadzenin özünü partlatması nəticəsində terror hadisəsi baş verib. Hadisə partiya liderlərindən birinin təxminən 400 nəfərdən ibarət bir qrup tərəfdarının qarşısında çıxış etdiyi zaman baş verib.