XƏBƏRLENTİ

xeberlenti.com

David Tonoyan Qarabağ müharibəsinə görə dindirilir

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin detallarını öyrənmək üçün parlamentdə yaradılan komissiyada dindirilir.

Erməni mətbuatı  xəbər verir ki, o, komissiya üzvlərinin suallarını cavablandırıb.

Tonoyan iclasdan öncə deyib ki, komissiyanın işi başa çatana qədər prosesdə iştirak etmək istəyir. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın çıxışından sonra kifayət qədər çoxlu sayda suallar yaranıb və bu səbəbdən komissiyanın iclasında iştirak edir.  O, iclas zamanı deyib ki, Ermənistanın qırıcı təyyarələri və zenit müdafiə vasitələri yox idi: “Bu texnikalar baxımından bizim imkanlarımız sıfır idi”. Nazirin sözlərinə görə, 44 günlük müharibədən əvvəl vəziyyət təhlükəli olaraq qiymətləndirilirdi, lakin heç kim hərbi əməliyyatların başlama vaxtını proqnozlaşdıra bilmədi.c Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasına qatılıb. Sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq və hazırkı rəisləri Onik Qasparyan və Edvard Asryan, həmçinin digər yüksək rütbəli məmurlar da iclaslara dəvət olunub.

About Author