Surət Hüseynov bu gün Gəncədə dəfn olunacaq

Azərbaycanın keçmiş baş naziri Surət  Hüseynovla vida mərasimi Gəncədəki evində keçiriləcək. Bu gün səhər mərhumun evinin qarşısında yas çadırı qurulub.

Surət Hüseynov şəhərin 4 saylı qəbiristanlığında ata və anasının məzarı yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən gün 64 yaşlı keçmiş baş nazir İstanbuldan Moldovaya gedərkən səhhəti pisləşib. O, Türkiyədə xəstəxanada vəfat edib.

 

 

About Author