XƏBƏRLENTİ

xeberlenti.com

ARAYİK AZƏRBAYCANIN GİZLİ DƏSTƏKÇİSİDİR – erməni mediası

Ermənistanın “Hraparak” qəzeti yazır ki, Qarabağ separatçılarının prezidenti Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir. Qəzet qeyd edir ki, separatçıların lideri mövcud vəziyyət barədə danışmaq üçün yerli kanala uzun müsahibə verməyə hazırlaşırdı.

Erməni mediası   “qondarma  hakimiyyətin” bu və digər son addımlarını Azərbaycanla dialoqa və bəzi məsələlərdə güzəştə getməyə hazır olması ilə izah edir. Məqalədə bildirilir ki, Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir, lakin ictimaiyyət qarşısında bunun əksinə  bəyanatlar verməyə məcburdur. Əslində, Arutyunyan gizli şəkildə inteqrasiyaya doğru addımlar atır.

 

About Author