XƏBƏRLENTİ

xeberlenti.com

RƏSMİ MOSKVA: “SÜLHÜN ŞƏRTLƏRINI BAKI VƏ IRƏVAN ÖZÜ MÜƏYYƏN ETMƏLIDIR”

Azərbaycan və Ermənistan arasında tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində  belə deyib.  Onun sözlərinə görə, rəsmi Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında tələsməli deyil:  “Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır. Sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir. Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir”.

 

About Author